- 18:25
Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasında məlum mikroorqanizmin variantı olan yeni mikrobun aşkar edildiyi bildirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin alimləri yeni mikrobun kəşfi ilə bağlı tapıntılarını "Beynəlxalq Sistematik və Təkamül Mikrobiologiya" jurnalında dərc ediblər.
2022-ci ilin noyabrı ilə 2023-cü ilin iyun ayları arasında kosmos stansiyasında xidmət edən Shincou-15 taikonavt qrupu tərəfindən modulların səthindən toplanan nümunələri araşdıran tədqiqatçılar, "cyto bacillaceae" ailəsindən "niallia" növünə aid bir mikrob aşkar etdilər.
Tədqiqatçılar sözügedən mikrobun Yerdəki ən yaxın nümunələrindən fərqləndiyi və stansiyada təkamül keçirən yeni variant olduğu qənaətinə gəliblər.
Yeni mikrob "niallia tiangongensis" adlandırılıb ki, bu da kosmik stansiyanın Çincə adını ehtiva edir.
Mikrobun ekstremal kosmos şəraitinə uyğunlaşma qabiliyyətini inkişaf etdirdiyini bildirən tədqiqatçılar oksidləşdirici stresslə və tərs radiasiya zərərləri ilə daha yaxşı mübarizə apardığı müşahidə ediblər.
Tədqiqatçılar vurğulayıblar ki, mikrobun sağ qalma mexanizmlərinin anlaşılmasının mikroblara nəzarət üçün dəqiq və məqsədyönlü strategiyalar hazırlamağa kömək edəcək ki, bu da kosmik texnologiyadan kənd təsərrüfatına və əczaçılıq sənayesinə qədər müxtəlif sektorlarda istifadə oluna bilər.
Tədqiqatçılar mikroorqanizmlərin kosmosda sağ qalmasının mikroqravitasiya, radiasiya və izolyasiya faktorlarının mürəkkəb qarşılıqlı təsirindən asılı olduğunu və uzunmüddətli kosmik missiyalar zamanı yaranan mikroorqanizmlərin başa düşülməsinin taikonavtların sağlamlığının və kosmik gəmilərin funksionallığının qorunması üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Şəbnəm Mehdizadə