Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədi


  • 14:57

Avropa İttifaqı Şurası mayın 20-də Rusiya Federasiyasına qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"Aİ kölgə donanmasının 200-ə yaxın gəmisini hədəf alan Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Yeni tədbirlər hibrid təhdidlərə və insan hüquqlarına da aiddir", - Kallas bildirib.

Kallasın sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır.

"Rusiya nə qədər uzun müddət müharibə aparsa, cavabımız bir o qədər sərt olacaq", - o qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər