Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ştatında (NSW) şiddətli daşqın səbəbindən minlərlə insan təxliyə ediləcək
E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, güclü yağış ştatın bir çox bölgəsində geniş daşqınlara səbəb olub.
Meteorologiya Bürosu (BOM) yağışların yaxın günlərdə də intensiv olaraq davam edəcəyini bildirib.
Hunter Valley və Mid North Coast bölgələrində baş verən daşqınlar səbəbindən minlərlə insandan evlərini tərk etmək istənilib.
Əyalət fövqəladə hallar xidmətləri, Hunter bölgəsindəki bir çox evin bir gecədə boşaldıldığını, Dungog və Patersondakı bəzi küçələrdə yerli vaxtla saat 23:30-a qədər evakuasiya əmrinin verildiyini söyləyib.
Ştatda yardımla bağlı 2000-dən çox müraciət daxil olub, onlardan 1400-nə cavab verilib və 60 nəfər təxliyə edilib.
Bildirilib ki, leysan yağışlar və daşqınlar nəticəsində 4000-dən çox ev işıqsız qalıb.
Səlahiyyətlilər bölgədəki bir çox yolun nəqliyyat üçün bağlandığını və infrastrukturun zədələndiyini bildirib, problemi aradan qaldırmaq üçün intensiv işlərin davam etdiyini vurğulayıblar.
Ştatın Baş naziri Chris Minns də təbii fəlakətlə mübarizə çərçivəsində bölgələrə 1600 təcili yardım işçisinin göndərildiyini və 68 məktəbdə tədris prosesinin dayandırıldığını bildirib.
Şəbnəm Mehdizadə
