Türkiyənin Hatay şəhərində naviqasiya proqramının sürücünü yanlış yönləndirməsi qəzaya səbəb olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naviqasiya sistemi ilə hərəkət edən sürücünün idarə etdiyi avtomobil dərəyə uçub.
Qəza zamanı avtomobildə 5 nəfər olub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobilə ciddi ziyan dəyib.
Yoldan çıxaraq dərəyə uçan avtomobil evakuatorun köməyi ilə ərazidən uzaqlaşdırılıb.
Şəbnəm Mehdizadə
