- 00:11
Rusiyanın Stavropol şəhərində yaşayış binasında baş verən qaz partlayışla cinayət iş açılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat verib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 238-ci (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) maddələri ilə cinayət işi açılıb.
Hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib.
Qeyd edək ki, mayın 21-də, səhər saatlarında Stavropol şəhərinin Tuxaçevski küçəsindəki yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış olub.
Partlayışla bağlı araşdırmalar davam edir.
Humay Eminqızı