İsrail Avropa İttifaqını HƏMAS-a təzyiq göstərməyə çağırıb


  • 21 May 12:24

İsrail Xarici İşlər Nazirliyi Kallasın Qəzza ilə bağlı şərhlərini rədd edib, Avropa İttifaqını (Aİ) HƏMAS-a təzyiq göstərməyə çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, İsrail Aİ diplomatiyasının rəhbəri Kaja Kallasın Qəzza zolağındakı vəziyyətlə əlaqədar icma ilə yəhudi dövləti arasında assosiasiya sazişinə yenidən baxılması ilə bağlı bəyanatlarını tamamilə rədd edib və Avropa İttifaqını radikal HƏMAS hərəkatına təzyiq göstərməsi üçün çağırış edib.

XİN xatırladıb ki, İsrail Amerikanın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklifləri ilə təkrar-təkrar razılaşıb, lakin HƏMAS hərəkatı bu təkliflərin hər birini rədd edib.

Xatırladaq ki, mayın 20-də Brüsseldə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Kallas Avropa İttifaqının icma ilə İsrail arasında assosiasiya sazişini nəzərdən keçirmək qərarına gəldiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər