Türkiyənin bu vilayətində Krım-Konqo qızdırmasına yoluxanların sayı artıb


  • 21 May 15:18

Türkiyənin Sivas şəhərində Krım-Konqo qızdırmasına yoluxanların sayı artıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Köyülhisar rayonunun Yalnıztəpə kəndində heyvandarlıqla məşğul olan 48 yaşlı şəxs mal-qaraya ilişən gənəni yalın əli ilə qoparıb.

Vəziyyəti ağırlaşan şəxsin yaxınları onu Köyülhisar Rayon Xəstəxanasına aparıb.

Krım-Konqo qızdırması diaqnozu qoyulan şəxs müalicə üçün başqa bir xəstəxanaya göndərilib.

Bu il ümumilikdə 16 xəstə Konqo-Krımq ızdırması diaqnozu ilə xəstəxanaya müariət edib.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər