Ötən il İtaliyanın ərazisi qədər meşə sahəsi yanaraq məhv olub


  • 21 May 16:40

2024-cü ildə baş verən meşə yanğınları nəticəsində rekord həcmdə meşə sahəsinin məhvinə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tropik bölgələrdə yanğınlar ilk dəfə kənd təsərrüfatı və mədənçıxarma sahələrində yayılaraq böyük itkilərə səbəb olub.

ABŞ-ın Merilend Universitetinin apardığı və Global Forest Watch tərəfindən dərc edilən araşdırmanın nəticələrinə görə, keçən il bütün dünyada İtaliyanın ərazisi qədər meşə sahəsi yanaraq kül olub.

Hesabat dövründə Braziliya Amazonundan tutmuş Sibir tayqasına qədər bir çox bölgədə meşə yanğınları baş verdiyi qeyd olunub.

Merilend Universitetinin Meşə Monitorinqi Laboratoriyasının direktoru, professor Mett Hansen vəziyyətin ciddi olduğunu bildirib.

Braziliyada ölkə üzrə 25 min kvadrat kilometrdən çox meşə sahəs məhv edilib. Bu məbləğ hətta əvvəlki illərdəki ən yüksək həddi də keçib. Mütəxəssislərin fikrincə, bu mənzərə Amazondakı tarixi quraqlıq və geniş yayılmış yanğınlarla birbaşa bağlıdır. Boliviya itkilərə görə ikinci yerdədir. Belə ki, ötən il ölkədə 14 min kvadrat kilometrə yaxın meşə sahəsi məhv edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər