- 09:23
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda xəstaxanalara 82 ölü, 262 yaralı gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 509 fələstinli həyatını itirib, 9 909 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 53 655-ə, yaralıların sayı isə 121 950 - yə çatıb.
Humay Eminqızı