Meksikada 2 məmur silahlı hücum zamanı ölüb


  • 21 May 17:23

Meksikanın paytaxtı Mexiko şəhərində mer Klara Bruqadanın katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücum zamanı həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Quzman və Munoz Mexikoda xidməti avtomobildə olarkən motosikletli şəxs onlara silahdan atəş açıb.

Hücum zamanı hər iki şəxs hadisə yerində keçiniblər.

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında hücumu pisləyib.

Prezident təcavüzkarların tapılması üçün xüsusi göstəriş verdiyini bildirib.

"Bu hadisənin məsulları cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq” - deyə dövlət başçısı əlavə edib.

Şeynbaum həmçinin Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər