Moskva hava limanlarında məhdudiyyətlər yenidən tətbiq edildi


  • 21 May 17:33

Moskvanın “Domodedovo” və “Jukovski” hava limanlarında uçuş məhdudiyyətləri ləğv edildikdən təxminən iki saat sonra yenidən tətbiq edilib.

E-huquq.az xəbər verir ki, Bu barədə "Rosaviasiya"nın rəsmi nümayəndəsi Artem Korenyako öz "Telegram" kanalında məlumat verib.

Qeyd edək ki, bundan əvvəl, mayın 21-də Rusiyanın daha üç şəhərində - Vladimir, İvanovo və Kaluqadakı hava limanları da fəaliyyətini müvəqqəti dayandırmışdı. Bu cür tədbirlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər