- 00:11
Çinin Fenyanq şəhərində 650 illik tarixi qala çöküb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda bərpa edilmiş tikilinin damı naməlum səbəbdən qəfil çöküb.
Çökmə zamanı qırılan beton parçaları yoldan keçənlərin üzərinə düşüb.
Həmin anlar ərazidəki təhlükəsizlik kameralarına düşüb.
Bəzi ziyarətçilər qəzadan çətinliklə xilas ola bilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə