- 00:11
Moskva İlon Maskın “Starlink” şirkətinə bənzər öz peyk internet sistemini yaratmaq niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın “Büro 1440” aerokosmik şirkətinin baş direktoru Dmitri Bakanovun bildirib ki, “Rassvet” adlanan layihə aşağı Yer orbitində Rusiya Federasiyasının ərazisini yüksəksürətli internetə çıxışla təmin edəcək peyklər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Ümid edilir ki, yeni sistem Rusiyanın QLONASS naviqasiya sisteminin dəqiqliyini təkmilləşdirəcək.
Humay Eminqızı