Rusiyada sirklər üçün heyvanların alınması qadağan edilə bilər


  • 21 May 17:39

Rusiyada Aleksey Neçayevin başçılıq etdiyi "Yeni insanlar" fraksiyasının deputatları mədəni və əyləncə məqsədləri üçün heyvanların sirklərə alınmasına və verilməsinə qadağa qoyulmasını təklif edən qanun layihəsini Dövlət Dumasına təqdim ediblər.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, sənədin mətni Dövlət Dumasının elektron məlumat bazasında yerləşdirilib.

"Beləliklə, sirklərdə heyvanların sayı təbii olaraq azaldıqca, heyvanların iştirak etdiyi aksiyalar da tədricən dayandırılacaq", - sənəddə qeyd edilir.

Təşəbbüs müəlliflərinin fikrincə, yeni standartlar Rusiyaya sirk heyvanları ilə daha etik davranışa keçməyə imkan verəcək. Heyvanlardan istifadəsinin mərhələli şəkildə dayandırılması onlara qarşı qəddarlığın əleyhinə olan vətəndaşların əhəmiyyətli hissəsinin ictimai tələbinə cavab verir.

Humay Eminqızı

Oxşar xəbərlər