İsveçdə məscidi yandırmaqda şübhəli bilinən şəxs həbs edilib


  • 21 May 17:53

İsveçdə Uddevalla Mədəniyyət Mərkəzinə məxsus məscidi yandırmaqda şübhəli bilinən şübhəli şəxs həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə İsveçin dövlət televiziyası SVT məlumat yayıb.

Məlumata görə, martın 28-nə keçən gecə Uddevalla şəhərindəki Mədəniyyət Mərkəzinə aid məsciddə baş verən yanğından 3 gün sonra 20 yaşlı Norveç vətəndaşı həbs edilib.

Prokuror Marie Andersson şübhəli şəxsə qarşı "yandırma və nifrət cinayətləri törətmək" maddəsi ilə ittiham irəli sürüldüyünü açıqlayıb.

Andersson bildirib ki, məsciddə insanlar olarkən şübhəli şəxs məscidə tez alışan maye töküb və onu yandırmağa cəhd edib. O əlavə edib ki, yanğın yayılmadan içəridəkilər tərəfindən söndürülüb.

Prokuror şübhəli şəxsin törətdiyi cinayəti etiraf etdiyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər