Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti İsrailə qarşı addımlar atmağa çağırırıq


  • 21 May 21:11

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fələstinin Cenin şəhərində Türkiyənin Qüdsdəki Baş Konsulluğunun əməkdaşı da daxil olmaqla bir qrup diplomatın İsrail ordusu tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyib və hadisənin araşdırılmasına çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında məlumat yayılıb.

Bəyanatda bildirilir: "Biz Qüdsdəki Baş Konsulluğumuzun əməkdaşı da daxil olmaqla bir qrup diplomatın Cenin şəhərinə səfəri zamanı İsrail əsgərləri tərəfindən atəşə tutulmasını ən kəskin şəkildə pisləyirik. Diplomatların həyatını riskə atan bu hücum İsrailin beynəlxalq hüquqa və insan haqlarına sistematik etinasızlığının daha bir nümunəsi kimi qiymətləndiririk.

Diplomatlara qarşı hücumlar təkcə şəxsi təhlükəsizliyə deyil, həm də dövlətlər arasında münasibətlərin əsasını təşkil edən hörmət və etimad mühitinə ciddi təhlükə yaradır. Hadisə dərhal araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Biz beynəlxalq ictimaiyyəti bu təhlükəli hərəkəti ən sərt şəkildə pisləməyə və İsrailin cəzasızlığına son qoymaq üçün konkret addımlar atmağa çağırırıq”.

Qeyd edək ki, İsrail ordusu fələstinlilərin yaşayış şəraiti ilə tanış olmaq üçün Ceninə gələn diplomatik nümayəndə heyətinə və qrupu müşayiət edən jurnalistlərə atəş açıblar. Məlumatına görə, nümayəndə heyətinə ondan çox ölkə, o cümlədən Rusiya, Misir, İordaniya və Mərakeş, eləcə də Avropa İttifaqının diplomatları daxil olub.

Oxşar xəbərlər