- 00:11
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının rəhbəri Antonio Kosta ilə telefonla danışıb.
E-huquq.az xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkə hesabında yazıb.
Ukrayna Prezidenti Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədiyinə görə təşəkkür edib.
V.Zelenski yazıb: "Növbəti sanksiyalar üçün artıq hazırlıq gedir və onların daha güclü olması çox vacibdir. Buraya enerji sektoru, bank sektoru və kölgə donanması, o cümlədən təkcə gəmilər deyil, həm də onlara xidmət edən ekipajlar daxil olmalıdır".
Avropa Şurasının rəhbəri öz nəvbəsində Rusiya atəşi dayandırmaqdan imtina edərsə, bu cür sanksiyalar tətbiq olunacağını bəyan edib.
Bundan başqa, söhbət zamanı Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi də müzakirə olunub.