İsrail müharibəni bitirməyə hazırdır: Netanyahu şərtləri açıqladı


  • 00:11

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibəni dayandırmağa hazır olduğunu bəyan edib.

E-huquq.az xəbər verir ki, İsrail lideri müəyyən şərtlər daxilində münaqişəyə son qoymağın mümkünlüyünü önə çəkib.

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyini təmin edən aydın şərtlərlə müharibəni bitirməyə hazırdır: “Bütün girovlar evlərinə qayıdır, HƏMAS silahlarını yerə qoyur, hakimiyyətdən gedir və rəhbərliyi Qəzzadan çıxır”.

Baş nazir bildirib ki, Qəzza “tamamilə tərksilah edilməlidir”. Netanyahunun fikrincə, İsraili məqsədlərinə çatmazdan əvvəl döyüşləri dayandırmağa çağıranlar “əslində HƏMAS-ı Qəzzaya nəzarəti saxlamağa çağırırlar”.

Oxşar xəbərlər