Türkiyədə zəvvarlara qarşı dələduzluq edən 5 nəfər saxlanılıb


  • 13:01

Türkiyənin Kayseri şəhərində zəvvarlara qarşı dələduzluq olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kayseridə Həcc və Ümrə ziyarəti üçün şəhərdə fəaliyyət göstərən bir səyahət firmasına müarciət edib. Təşkilatçılar vətəndaşlardan pul yığsa da verdiyi vədə əməl etməyiblər. Aldadıldığını başa düşən vətəndaşlar dərhal polisə müraciət edib.

Araşdırmalar zamanı məlum olub ki, şübhəlilər dələduzluq edərək təxminən 60 milyon lirə qazanc əldə ediblər.

Polis Kayseri və Tokatda müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 272 pasport ələ keçirilib.

Saxlanılan 5 şübhəlidən biri həbs edilib.

Digər şübhəlilər məhkəmə nəzarəti ilə şərti azadlığa buraxılıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər