Üçmərtəbəli binada yanğın olub, ölən var


  • 22 May 13:11

Türkiyənin Balıkesir şəhərində binada baş verən güclü yanğın zamanı bir nəfər ölüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesirin Karesi rayonunda 3 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib.

Alovu görən vətəndaşlar yanğınsöndürənlərə xəbər veriblər.

Yanğın zamanı 1 nəfər həyatını itirib.

Yanğının təxminən üç saat sonra qarşısını almaq mümkün olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər