Panamada qeyri-adi hadisə: meymunlar digər meymun balalarını qaçırır


  • 13:25

Panamada bir adada yaşayan erkək kapuçin meymunları başqa növün balalarını daşımağa başlayıblar.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Panamanın Jikaron adasındakı ağ üzlü kapuçin meymunları son illərdə təəccüblü davranışlar nümayiş etdirirlər. Adada yırtıcıların olmaması bu ağıllı primatlar üçün təhlükəsiz və rahat həyat təmin edir.

Tədqiqatlar göstərir ki, bəzi gənc erkək meymunlar onlarla eyni yaşayış mühitində yaşayan meymunların balalarını kürəklərində daşımağa başlayıb. İlk hadisə 2022-ci ilin yanvarında qeydə alınıb. Bu davranışın digər gənc kişilərə də sirayət etdiyi və 1,5 ildə 5 meymunun 11 fərqli bala qaçırdığı müəyyən edilib.

Alimlər əvvəlcə bu davranışı “övladlığa götürmə” kimi şərh etsə də bu ehtimal özünü doğrultmayıb.

Çünki meymunlar qaçırdıqları balaları bəsləmir və böyütmür. Balalardan bəzilərinin aclıqdan öldüyü, məlum olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər