Alimlərdən Mars planeti ilə bağlı yeni tapıntı


  • 13:43

Marsın səthindəki tünd zolaqlar əvvəllər düşünüldüyü kimi suyun izləri deyil, toz və küləyin əmələ gətirdiyi quru formalar ola bilər.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat "Nature Communications"da dərc edilən yeni araşdırmada yer alır.

Alimlər belə qənaətə gəliblər ki, Marsdakı qaranlıq zolaqlar su ilə əlaqəli deyil. 1970-ci illərdən bəri “Qırmızı Planet”də müşahidə edilən bu xətlərin yamaclardan aşağı sızan sulardan əmələ gəldiyi düşünülürdü. 86.000-dən çox peyk şəklini təhlil edən tədqiqatçılar təxminən 500.000 zolaq müəyyən edib. Komanda bu strukturları araşdırmaq üçün süni intellektlə işləyən alqoritm hazırlayıb. Məlum olub ki, zolaqlar toz hissəciklərinin külək, meteorların düşməsi və ya mümkün zəlzələlər nəticəsində maili torpaqlarda toplanması və yamaclardan aşağı sürüşməsi nəticəsində əmələ gəlir.

Araşdırmanın həmmüəllifi Brown Universitetinin alimi Adomas Valentina bildirib ki, kiçik toz dənələri heç bir maye olmadan axına bənzər nümunələr yarada bilər. Onun sözlərinə görə, Marsda bu tozlar su kimi axıb naxışlar yaradır.

Bu nəticələr Marsın səthində maye suyun hələ də mövcud olması ilə bağlı fərziyyələrə ciddi zərbə vurur. Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, onlar keçmişdə və ya yeraltı suyun maye olması ehtimalını tamamilə istisna etməyiblər.

Bern Universitetinin alimi Valentin Bickel bildirib ki, əgər bu zolaqlar nəmli proseslərlə əlaqəli deyilsə, o zaman həyat üçün potensialı olan daha uyğun sahələrə diqqət yetirmək lazımdır.

Oxşar xəbərlər