Dünyada arıların sayı sürətlə azalır


  • 14:28

Dünyada arı populyasiyaları müharibələr və mikroplastik çirklənmə fonunda yeni təhlükələrlə üzləşib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər tozlandırıcıları qorumaq üçün təcili tədbirlər görmək üçün çağırış edib.

Reading Universitetinin rəhbərlik etdiyi araşdırmada növbəti onillikdə tozlandırıcıların itkisini sürətləndirə biləcək 12 yeni təhlükə müəyyən edilib. Bunların arasında müharibələr, mikroplastik çirklənmə, süni işıqlar, antibiotik qalıqları və pestisidlər üstünlük təşkil edir.

Mütəxəssislər müharibə vəziyyətinin arı populyasiyasına birbaşa təsir etdiyini bildirir.

Eyni zamanda, Avropada sınaqdan keçirilmiş 315 arı koloniyasının əksəriyyətində PET kimi sintetik plastiklərin izləri aşkar edilib. Antibiotik qalıqları və kimyəvi pestisid qarışıqları da arıların davranışlarını pozur. Hesabatda arıları qorumaq üçün bəzi həll yolları da qeyd olunub.

Bunlara antibiotiklərlə çirklənməyə qarşı daha güclü qanunlar, havanın çirklənməsini azaltmaq üçün elektrikli nəqliyyat vasitələrdən istifadənin genişləndirilməsi və bəzi xüsusi bitkilərin əkilməsi kimi təkliflər daxildir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər