Banqladeşdə fillər izdihama hücum edib, ölənlər var


  • 14:38

Banqladeşin Şerpur şəhərində fil sürüsü izdihama hücum edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Chenaigati qəsəbəsində 30-a yaxın fil sürüsü izdihamın içinə girib.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər faciəvi şəkildə ölüb.

İnsanlar çubuqlarla filləri itələyərək özlərini qorumağa çalışıb.

Lakin buna baxmayaraq xeyli sayda insan xəsarət alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər