- 18:37
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın daxili siyasət qanun layihəsini qəbul edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi bir neçə həftədir müzakirə olunur. Gecə boyu saatlarla davam edən müzakirələrdən sonra Nümayəndələr Palatasında yekun səsvermə 215 lehinə və 214 əleyhinə səslə başa çatıb. Daha sonra qanun layihəsi Senata göndəriləcək.
Trampın “böyük, gözəl” adlandırdığı bu layihəyə 2017-ci ildə vergi endirimlərinin uzadılması, ordunun genişləndirilməsi və kütləvi deportasiya planlarının həyata keçirilməsi daxildir.
Bu qanun layihəsi ilə Tramp seçkiqabağı kampaniyası zamanı verdiyi vədi yerinə yetirə biləcək.
Humay Eminqızı