- 20:58
Türkiyədə pul qarşılığında həbsxanaya narkotik vasitə keçirməkdə təqsirləndirilən vəkilə cəza istənilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 41 yaşlı vəkilin 46 il 4 ay 15 gün həbsi tələb olunub.
Qeyd edək ki, Konya Vəkilər Kollegiyasının üzvü keçən ilin dekabr ayında müdafiə etdiyi şəxslə görüşə gələrkən ona narkotik vasitə gətirib. Görüşdən sonra onun müdafiə etdiyi şəxsin üzərindən 1 qram marixuana, 0,6 qram heroin və 0,8 qram bonzai xammalı götürülüb. Vəkilin evində axtarış aparılan zaman onun otağından 2,3 qram marixuana və 96 ədəd narkotik həb götürülüb.
Şəbnəm Mehdizadə