- 18:37
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda xəstaxanalara 107 ölü, 247 yaralı gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 613 fələstinli həyatını itirib, 10 156 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 53 762-yə, yaralıların sayı isə 122 197 - yə çatıb.
Humay Eminqızı