- 18:37
ABŞ-da keçirilən ilk kosmik hava təlimi dünyanın şiddətli günəş fırtınalarına kifayət qədər hazır olmadığını ortaya çıxarıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada ilk günəş fırtınası təlimi bəşəriyyətin sərt kosmik hava şəraitinə hazır olmadığını göstərib. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) daxil olmaqla, qurumlar yaxınlaşan günəş fırtınasına cavab vermək qabiliyyətini sınaqdan keçirib.
Belə ki, Günəş fırtınaları peyklərə, astronavtlara, elektrik şəbəkələrinə və radio rabitəsinə birbaşa təsir göstərə bilər. Günəşdən qoparaq Yerə çatan yüklü hissəciklər xüsusilə GPS sistemləri, hava nəqliyyatı, aşağı orbitli peyklər üçün təhlükə yaradır.
Cons Hopkins Tətbiqi Fizika Laboratoriyasından İan Koen bildirib ki, tətbiqat təkcə texniki deyil, həm də kommunikasiya çatışmazlıqlarını aşkar edib. Hesabatda ekstremal kosmik hava şəraitinə cavab olaraq idarələrarası əlaqənin gücləndirilməsinin zəruriliyi vurğulanır. Həmçinin qeyd edilir ki, federal, əyalət və yerli səviyyələrdə sürətli reaksiya verməyə imkan verən sistemlər yoxdur.
Ekstremal kosmik hava hadisələrinin milli təhlükəsizliyi və kritik infrastrukturları təhdid edə biləcəyi vurğulanır və zəlzələlər, qasırğalar və ya kiberhücumlar kimi bu cür fəlakətlərə hazır olmaq lazım olduğu barədə xəbərdarlıq edilir.
Humay Eminqızı