Ağacların vulkanlar püskürməzdən əvvəl siqnal verdiyi məlum olub


  • 17:20

NASA vulkanların yaydığı karbon qazının ətrafdakı ağacları püskürmədən əvvəl yaşıllaşdırdığını aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni araşdırmaya görə, yüksələn maqmanın ifraz etdiyi karbon qazı ətrafdakı ağacların yarpaqlarını daha yaşıl və canlı edir. Bu qazı özünə çəkən ağaclar daha tez böyüyür.

Bu dəyişikliklər artıq NASA peykləri tərəfindən kosmosdan izlənilə bilər. NASA-nın Landsat 8 peyk və Airborne Validation Unified Experiment: Land to Ocean kimi təyyarə alətləri sayəsində elm adamları bu siqnalları erkən xəbərdarlıq sistemi kimi qiymətləndirməyə başladılar.

Ancaq bu üsul hər yerdə işləmir. Hər vulkan sahəsi meşə ola bilməz. İqlim, hava, yanğınlar və ya bitki xəstəlikləri kimi amillər də məlumatlara təsir edə bilər.

Qeyd edək ki, Dünyada təxminən 1350 aktiv vulkan var və dünya əhalisinin 10 faizi vulkan riski olan ərazilərdə yaşayır. Vulkanlar püskürdükdə təkcə ətraflarına deyil, kilometrlərlə uzaqda yaşayan insanlara da təsir edə bilər. Buna görə erkən xəbərdarlıq sistemləri həyati əhəmiyyət kəsb edir.

Humay Eminqızı

Oxşar xəbərlər