- 21:21
Kaliforniya ştatının San Dieqo şəhərində kiçik təyyarə yaşayış massivində qəzaya uğrayıb, bir neçə evə ziyan dəyib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, cümə axşamı səhər saatlarında “Cessna 550” təyyarəsinin qəzaya uğramasından sonra yaşayış məntəqəsində təxminən 15 ev yanıb.
Hadisə yerinə reaktiv yanacağın töküldüyü məlum olub.
Hələlik itkilər barədə məlumat yoxdur.
Həmçinin qəzaya uğrayan təyyarənin göyərtəsində neçə nəfərin olduğu da bəlli deyil.
Humay Eminqızı