- 21:21
Türkiyənin Giresun şəhərinin Espiye rayonunda evinə damdan girmək istəyən şəxs 5-ci mərtəbədən yıxılaraq həyatını itirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 38 yaşlı kişi mənzilin açarını içəridə unutduğu üçün damın üstünə çıxaraq evinə daxil olmaq istəyib.
Belinə bağlanmış kəndir vasitəsilə içəri daxil olmaq istəyən şəxs kəndirin qırılması səbəbindən 5-ci mərtəbədən yerə yıxılıb.
Ağır xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Şəbnəm Mehdizadə