İranda 60 yaşlı şəxsin mədəsindən 47 bolt çıxarıldı


  • 20:51

İranın Kərəc şəhərində 60 yaşlı bir şəxsin mədəsindən 47 metal boltun çıxarılması tibbi ictimaiyyətdə təəccüb doğurub.

E-huquq.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

Elburz Tibb Elmləri Universitetinin müəllimi Dr. Mühsin Rəcəbniya hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, boltlar endoskopik üsulla, cərrahi müdaxiləyə ehtiyac olmadan çıxarılıb.

Rəcəbniyanın sözlərinə görə, bu cür hadisələrə çox nadir hallarda rast gəlinir. Həkim, həmçinin əlavə edib ki, xəstənin ümumi vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə evə buraxılacaq.

Xəstənin boltları hansı şəraitdə udduğu barədə isə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər