Almaniyada məktəbə bıçaqlı hücum: 11 yaşlı şagird ağır yaralandı


  • 22 May 20:58

Almaniyanın paytaxtı Berlində yerləşən məktəbə bıçaqlı hücum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Spandau rayonunda qeydə alınıb. "Weinmeisterhorn" ibtidai məktəbində baş vermiş bıçaqlı hücum nəticəsində 11 yaşlı şagird ağır yaralanıb.

Yaralanan şagird dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisədən sonra hücum edən şəxs ərazidən qaçıb.

Hücumun baş verdiyi məktəbin ətrafında polis gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Ölkədə son dövrlərdə artan zorakılıq halları fonunda bu hadisə ictimaiyyətdə narahatlıq yaradıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər