- 20:58
Fransada keçmiş qəssab, hazırda isə pizzaçı işləyən Filip Şnayder dəhşətli qətl törətdiyini etiraf edib.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, Şnayder evlərinə oğurluq etmək üçün girən bir nəfəri həyat yoldaşı Natali Kabubassi ilə birlikdə öldürdüklərini, meyiti tikə-tikə doğrayaraq bişirdiklərini bildirib.
Keçmiş qəssab olan Şnayder 2023-cü ildə Jorj Meyxlerin evlərinə oğurluq etmək üçün girdiyini söyləyib.
Şnayder etiraf edib ki, 60 yaşlı kişininin əllərini və ağzını bağlayıblar, bir müddət sonra onun yanına qayıdanda öldüyünü görüblər.
Şnayder qətli ört-basdır etmək üçün cəsədi parçalara ayırıb.
O, Meyxlerin başını, əllərini və ayaqlarını yandırdığını, qalan parçaları isə həyat yoldaşı ilə birlikdə maşına qoyaraq müxtəlif yerlərə atdığını etiraf edib.
Şnayder, həmçinin Nepalda öyrəndiyi dini rituala uyğun olaraq Meyxlerin bədəninin bəzi hissələrini qoxusunu gizlətmək üçün tərəvəzlərlə dolu qazanda bişirməyə çalışdığını da bildirib.
Meyxler yoxa çıxandan sonra qızı onun itkin düşdüyünü bildirib. Deyi ki, atası mesaj yazaraq dostu ilə Bretonya bölgəsinə gedəcəyini bildirib.
Mesajda belə yazılıb: "Salam. Bir dostumla Bretonya bölgəsinə gedirəm. Bir az təmiz hava alıb ölkəni gəzəcəyəm. Qayıdanda görüşərik. Gününüz xoş keçsin".
Qız bildirib ki, atası harasa gedəndə adətən xəbər vermir, ona görə də bu mesaj ona şübhəli gəlib.
Fransız aşpazın vəkili Lük Abratkeviç bildirib ki, müvəkkili günahını etiraf edib.
Şnayderin həyat yoldaşı Natali Kabubassi isə qətldə əli olmadığını iddia edir.
Şəbnəm Mehdizadə