- 11:15
Rusiya Müdafiə Nazirliyi “Rusiya Dəmir Yolları” ASC-yə qarşı Moskva Arbitraj Məhkəməsində ümumilikdə 30,7 milyon rubl (640 min AZN) məbləğində bir neçə iddia qaldırıb.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
May ayında təqdim edilmiş səkkiz ərizədən bəziləri artıq qəbul edilib. İddiaların təfərrüatı açıqlanmır. İddialar yalnız maliyyə mübahisələri ilə bağlıdır.
Daha öncə - bu il martın 31-də Rusiya Müdafiə Nazirliyi "Rusiya Dəmir Yolları"na qarşı ümumilikdə 90 milyon rubldan (1,8 milyon manatdan) çox məbləğdə bir sıra iddialar qaldırıb.