- 17:31
Danimarka orta ömür uzunluğu və yaşlı əhalinin sayının artmasının yatardığı iqtisadi yükü yüngülləşdirmək üçün pensiya yaşının artırılmasına qərar verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşını 2040-cı ildən etibarən 70-ə qaldıracaq qanun qəbul edib. Bu addımla ölkə, Avropada ən yüksək pensiya yaşına sahib ölkə statusunu qazanıb.
Yeni qanuna əsasən, 1 yanvar 1971-ci ildən sonra doğulmuş vətəndaşlar üçün pensiya yaşı 70 olacaq. Hazırda tətbiq olunan 67 yaş həddi, 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. 2040-cı ildən etibarən isə pensiya yaşı 70 olaraq müəyyənləşəcək.
Qanun layihəsinin leyhinə 81, əleyhinə isə 21 nəfər səs verib.
Humay Eminqızı