- 13:12
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallindəki səfirliyinin diplomatik əməkdaşından ölkəni tərk etməsini tələb edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, Nazirlik Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya səfirliyinin birinci katibinin persona non grata elan edilməsi ilə bağlı diplomatik nota təqdim edib.
Qeyd olunub ki, adıçəkilən diplomat Estoniya ərazisini tərk etməlidir.
Məlumata əsasən, diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında birbaşa iştirak edib.
Humay Eminqızı