Nigeriyada sərnişin daşıyan qayıq batdı, 13 nəfər öldü


  • 1 Sentyabr 11:41

Nigeriyanın Zamfara ştatında sərnişinləri daşıyan qayıq çayın ortasında batıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib, 22 nəfər isə itkin düşüb.

Yerli mətbuatın verdiyi məlumata görə, Zamfara ştatının Birnin Maqaci bölgəsində silahlı dəstələrin hücumlarından qaçmağa çalışan sakinlər çaydan keçmək üçün qayığa minib. Lakin qayıq suyun ortasında batıb.

Rəsmilər bildirir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Onlar itkin düşənlərin taleyinə və ölənlərin sayının artma ehtimalına görə narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq qəzaları baş verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər