- 12:57
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.
E-huquq.az "NBC News"a istinadən xəbər verir ki, hadisə Fort Morqan hava limanına eyni anda eniş etməyə çalışan iki kiçik təyyarə arasında baş verib.
Rəsmilərin bildirdiyinə görə, hər iki təyyarədə iki nəfər olub. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Hadisə ilə bağlı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə