“WhatsApp”dan yeni funksiya


  • 1 Sentyabr 11:58

“WhatsApp” istifadəçilərə mesajları müxtəlif üslublarda tez bir zamanda yenidən yazmağa imkan verən “Yazı üzrə kömək” (Writing Help) funksiyasını təqdim etməyə başlayıb.

E-huquq.az xəbər verir ki, 29 avqust 2025-ci ildə elan edilən bu yenilik “Meta AI” mühərrikindən istifadə edir.

Yeni funksiya vasitəsilə istifadəçilər istər şəxsi, istərsə də qrup söhbətlərində karandaş işarəsinə toxunaraq “Yazı Yardımı”nı aktivləşdirə bilərlər. Sistem istifadəçinin seçdiyi tona (məsələn, peşəkar, gündəlik, yumoristik və s.) uyğun şəkildə alternativ yazı təklifləri təqdim edir.

“WhatsApp” bildirir ki, bu funksiya “Private Processing” texnologiyası əsasında hazırlanıb və nə istifadəçinin orijinal mesajları, nə də süni intellekt tərəfindən yaradılan təkliflər “Meta” və ya “WhatsApp” tərəfindən oxunmur və ya saxlanmır.

Yeni xüsusiyyət standart olaraq deaktivdir və onu yalnız istifadəçi özü aktivləşdirə bilər.

Hazırda “Yazı Yardımı” yalnız ABŞ-da və ingilis dilində istifadəyə verilib. “WhatsApp” qeyd edir ki, yaxın aylarda bu funksiya digər dillər və regionlarda da istifadəyə təqdim ediləcək və milyonlarla istifadəçiyə çatdırılacaq.

Bundan əlavə, “WhatsApp” bu yaxınlarda istifadəçilərə buraxılmış zənglər üçün qısa səsli mesajlar göndərməyə imkan verən yeni funksiyanı da sınaqdan keçirməyə başlayıb. Bu imkan sayəsində istifadəçilər cavabsız zənglər barədə qarşı tərəfə tez və rahat şəkildə məlumat ötürə biləcəklər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər