Türkiyədə ağır qəzada 8 nəfər yaralandı


  • 1 Sentyabr 12:06

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza barədə məlumat verildikdən sonra əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Toqquşma nəticəsində hər iki sürücü ilə yanaşı, avtomobillərdə sərnişin kimi olan 6 nəfər də yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər