- 12:57
Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 4 gündür davam edən meşə yanğınını söndürmək üçün görülən işlər yenidən intensivləşib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gün ərzində 14 hava vasitəsi yanğınla mübarizəyə dəstək göstərməkdədir.
Yanğının qarşısını almaq üçün gecə boyunca əraziyə müdaxilə davam edib.
Gecə saatlarında yanğını söndürmək üçün böyük səylə çalışan yerli qruplara səhər saatlarında 1 təyyarə və 13 helikopter əlavə dəstək verib.
Havadan və quru üzərindən intensiv aparılan əməliyyatda 137 yanğınsöndürən maşın, 12 tikinti texnikası, 74 ilkin müdaxilə vasitəsi və 871 nəfər heyət iştirak edir.
Yanğınsöndürmə işləri davam edir və vəziyyət nəzarətdə saxlanılır.
Şəbnəm Mehdizadə