Avstraliyada Rusiya Konsulluğuna avtomobillə daxil olan şəxs saxlanıldı


  • 1 Sentyabr 12:14

Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində Rusiya Konsulluğunun həyətinə dəmir qapını sındıraraq daxil olan SUV tipli avtomobilin sürücüsü saxlanılıb.

E-huquq.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, konsulluğun qarşısında park vəziyyətində olan şübhəli avtomobil panikaya səbəb olub. Ştat polisi hadisə yerinə gəldikdən sonra 39 yaşlı sürücüdən avtomobildən düşməsi tələb olunub.

Lakin sürücü polis çağırışlarına əməl etməyərək avtomobili işə salıb, dəmir qapıya sürətlə vuraraq konsulluğun həyətinə daxil olub.

Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb, sürücü isə dərhal saxlanılıb. Avtomobil konsulluq həyətindən evakuator vasitəsilə çıxarılıb.

Sidneydəki Rusiya Konsulluğunun sosial media hesabından verilən açıqlamada sürücünün qəsdən konsulluq binasına daxil olduğu bildirilib. Konsulluq əməkdaşlarının zərər görmədiyi qeyd olunub.

Hadisənin tam aydınlaşdırılması üçün Avstraliya rəsmiləri ilə yaxın əlaqə saxlanılır.

İstintaq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər