Pakistanda helikopter qəzasında 5 nəfər ölüb


  • 1 Sentyabr 13:04

Pakistanın şimalında yerləşən Gilgit-Baltistan ərazisində ciddi helikopter qəzası qeydə alınıb.

E-huquq.az xəbər verir ki, məlumatı Pakistanın nüfuzlu "Dawn" qəzeti yayıb.

Bildirilir ki, hadisə bölgənin Çilas qəsəbəsində baş verib. Gilgit-Baltistan yerli hakimiyyətinin nümayəndəsi Fəizullah Fəraq qəzanı təsdiqləyib.

Ərazi polisinin nümayəndəsi Əbdül Həmidin açıqlamasına görə, qəza, bölgə rəhbərliyinə məxsus helikopterin yeni tikilmiş eniş zolağına enməyə çalışdığı vaxt meydana gəlib. İlkin məlumatlara əsasən, hava gəmisində olan beş nəfərin hamısı həyatını itirib.

Hadisə baş verən kimi əraziyə polis qüvvələri və axtarış-xilasetmə qrupları göndərilib.

Qəzanın dəqiq səbəbi hələlik açıqlanmayıb. Lakin ilkin ehtimallara görə, qəza texniki nasazlıq səbəbilə baş verə bilər.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər