Avropanın ən işlək hava limanı müəyyənləşdi


  • 1 Sentyabr 15:50

İstanbul Hava Limanı gündə orta hesabla 1635 uçuşla Avropanın ən işlək hava limanı olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının 18-24 avqust tarixlərini əhatə edən dövr üçün hazırladığı “Avropa Aviasiya Hesabatı”nda dərc edilib.

Hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1635 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanından sonra gündəlik 1450 reyslə Amsterdam, 1432 reyslə Paris Şarl De Qoll Hava Limanı, 1384 reyslə Frankfurt Hava Limanı və 1346 reyslə London Hitrou hava limanı yer alıb.

Antalya Hava Limanı isə gündəlik 1055 uçuşla Avropanın ən işlək hava limanı sıralamasında 8-ci yerdədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər