Yaponiyada təcili hallarda vəhşi heyvanların vurulmasına icazə verən qanun qüvvəyə mindi


  • 1 Sentyabr 16:05

Yaponiyada ayılar və digər vəhşi heyvanların təcili vəziyyətlərdə vurulmasına bələdiyyələrin icazə verə bilməsini nəzərdə tutan qanun dəyişikliyi bu gündən etibarən qüvvəyə minib.

E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin kənd ərazilərində ayı hücumlarının rekord səviyyəyə çatması fonunda hökumət vəhşi təbiətin qorunmasına dair qanunvericilikdə dəyişikliklər edib.

Yeni qaydalara əsasən, bələdiyyə rəsmiləri xüsusi olaraq təyin edilmiş ovçulara yaşayış məntəqələrində qəhvəyi və qara ayılar kimi vəhşi heyvanları vurmaq icazəsi verə biləcəklər.

Lakin bu icazə yalnız təhlükənin qarşısını almaq üçün digər üsulların mümkün olmadığı və yerli əhalinin atəş nəticəsində zərər görməyəcəyinə tam əminlik yarandığı hallarda qüvvədə olacaq.

Rəsmilər bildiriblər ki, qanun dəyişikliyinin səmərəli tətbiqi üçün hökumət tərəfindən xüsusi təlim proqramları hazırlanacaq və maddi dəstək göstəriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər