İranda subayların sayı artır


  • 1 Sentyabr 16:54

İranda subayların sayı artır.

E-huquq.az xəbər verir ki, bu barədə İranın gənclər və idman nazirinin müavini Əlirza Rahimi məlumat verib.

Onun sözlərinə görə, 45 yaşdan aşağı olan 17 milyon insan hələ də evlənməyib

Əlirza Rahimi dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, 45 yaşdan yuxarı kişilərin 14 faizi, qadınların isə 4 faizi heç vaxt ailə qurmayıb. Nazir müavini əlavə edib ki, hazırda 45 yaşdan aşağı olan əhali arasında 9,5 milyon kişi və 7,5 milyon qadın subaydır.

Rahimi evliliyin təşviqi üçün ölkə üzrə 1500 nikah məsləhət mərkəzinə lisenziya verildiyini və ötən il 9 min 800 evlilik öncəsi seminar təşkil edildiyini qeyd edib.

Mütəxəssislərin fikrincə, İranda evliliyin qarşısını alan əsas səbəblər arasında iqtisadi çətinliklər, özünəinamın olmaması, qadınlar arasında feminist meyllərin artması və kişilərdə məsuliyyətdən yayınma halları dayanır.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, 2024-cü il etibarilə İranın əhalisi təxminən 90 milyon nəfər təşkil edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər