- 27 Sentyabr 23:18
ABŞ qoşunlarının İraqdan çıxarılmasının 2026-cı ildə başa çatması gözlənilir.
E-huquq.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn də təsdiqləyib.
"Bu proses İraq hökuməti ilə ABŞ administrasiyası arasında əldə olunan razılaşmadan asılıdır. Beləliklə, onlar addım-addım qoşunlarını geri çəkəcəklər. Məncə, son geri çəkilmə tarixi də gələn ildir", - o deyib.