Ərdoğan Sançeslə telefonla danışdı


  • 27 Sentyabr 23:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, Yaxın Şərq və Qəzza ilə bağlı müzakirələr aparılıb.

R.T.Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarının dayandırılması və humanitar yardımın fasiləsiz axını üçün səylərini davam etdirəcək.

Onun sözlərinə görə, İsrail hökuməti sülh niyyətinin olmadığını hər addımı ilə nümayiş etdirir və Baş nazir Benyamin Netanyahunun sülhü sabotaj etməsinin qarşısı alınmalıdır.

Oxşar xəbərlər