- 28 Sentyabr 23:12
ABŞ-nin Sautport şəhərində naməlum şəxs yaxtaların dayanacağı ərazisində atəş açıb, hadisə nəticəsində yaralananlar var.
E-huquq.az-ın məlumatına görə, bu barədə "WECT" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, yerli hakimiyyət orqanları hadisə barədə yerli vaxtla saat 22:00 radələrində məlumat verib.
Hələlik atəş açan şəxs saxlanılmayıb, hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi ilə bağlı məlumat verilməyib.